Qelebə.az / Renat Dadaşovun çıxış etdiyi Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Renat Dadaşovun çıxış etdiyi Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

11-02-2025, 13:35

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, paytaxt təmsilçisi baş məşqçinin istəyinə əsasən, Renat Dadaşovu əsas heyətdən kənarlaşdırmışdı. "Ankaragücü" 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.

Geri qayıt