Qelebə.az / Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

21-11-2022, 22:39

Şahmat üzrə Azərbaycan millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 2,5:1,5.

IV turda isə Polşanı sınağa çəkən Azərbaycan yığması sülhə razılaşıb - 2:2.

Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

Geri qayıt