Qelebə.az / Çimərlik voleybolu üzrə Azərbaycan millisi Misirə yollanıb

Çimərlik voleybolu üzrə Azərbaycan millisi Misirə yollanıb

8-02-2025, 10:00

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin Hurqa şəhərinə yollanıb.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma sözügedən ölkədə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi fevralın 28-dək davam edəcək.

Komanda toplanış çərçivəsində Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirinə də qatılacaq.

Geri qayıt