Qelebə.az / A Seriyasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlanıb

A Seriyasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlanıb

7-02-2025, 21:04

İtaliyanın "Napoli" kollektivinə rəhbərlik edən Antonio Konte A seriyasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

"Report" xəbər verir ki, ötən ay neapollular ölkə çempionatında keçirdiyi 4 oyunun hamısında qalib gəlib.

Qeyd edək ki, "Napoli" A Seriyasında 23 matçdan sonra 54 xalla birinci sırada qərarlaşıb.

Geri qayıt