Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulub

6-02-2025, 19:40

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma keçirilib.

"Neftçi" "Gənclər" kollektivini 3:0, “Xilasedici” isə “Murov Az Terminal”ı 3:1 hesabı ilə məğlub edib.

Ötən gün baş tutan turun açılış matçında "Azərreyl" MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 12-də və 13-də keçiriləcək.

Geri qayıt