Qelebə.az / "Bavariya" Noyerlə müqavilə müddətini artırdığını açıqlayıb

"Bavariya" Noyerlə müqavilə müddətini artırdığını açıqlayıb

3-02-2025, 20:22

Almaniya təmsilçisi "Bavariya"nın qapıçısı Manuel Noyer klubla müqavilə müddətini artırıb.

"Report" xəbər verir ki, bu barədə münhenlilərin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı qolkiperin yeni sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Onun daha əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayında başa çatacaqdı.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir. O, komanda ilə birlikdə 11 dəfə ölkə, 5 dəfə Almaniya kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olub.

Geri qayıt