Qelebə.az / Eltac Səfərli: "Şəhriyar Məmmədyarovu Azərbaycan çempionatının favoriti sayıram"

Eltac Səfərli: "Şəhriyar Məmmədyarovu Azərbaycan çempionatının favoriti sayıram"

3-02-2025, 16:01

Şəhriyar Məmmədyarovu yarışın favoriti sayıram.

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Eltac Səfərli ölkə çempionatı ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib

32 yaşlı qrossmeyster 1/16 finalda Paşam Əlizadəni məğlub etməsinə (2:0) toxunub:

"İlk oyunum idi. 14 yaşlı rəqiblə üz-üzə gəldim. O qədər də asan deyildi. Daha asan olacağını düşünürdüm, rəqib pis oynamadı. Dünən qarşılaşma heç-heçəyə gedə bilərdi. Son anda qələbə qazandım".

E.Səfərli titullu şahmatçıların turnirə qatıldığını xatırladıb:

"Çox çətin olacaq. Sürpriz nəticələr qeydə alına bilər. Şəhriyar Məmmədyarovu favorit sayıram. Hər mərhələni keçmək lazımdır. Alınmasa, normal baxıram. Bu, tarixin ən güclü Azərbaycan çempionatıdır".

Geri qayıt