Qelebə.az / Həndbol üzrə Azərbaycan çempionatında final mərhələsinin daha 3 oyunu baş tutub

Həndbol üzrə Azərbaycan çempionatında final mərhələsinin daha 3 oyunu baş tutub

1-02-2025, 17:54

Həndbol üzrə Azərbaycan çempionatında final mərhələsinin daha 3 oyunu keçirilib.

"Report" xəbər verir ki, kişi həndbolçuların yarışında 1-4-cü yerlər uğrunda mübarizə aparan “Qarabağ” “Bakı”ya 26:24 hesabı ilə qalib gəlib.

5-6-cı yerlər üçün yarışan “Təhsil” və “Dinamo” komandalarının duelində qalib müəyyənləşməyib – 31:31.

Qadın həndbolçuların çempionatında isə 5-6-cı pillələr uğrunda yarışan “Bakı” bu tur “Gənclər Birliyi”nə 40:30 hesabı ilə qalib gəlib.

Geri qayıt