Qelebə.az / "Zirə" iki futbolçusu ilə müqavilə müddətini artırıb

"Zirə" iki futbolçusu ilə müqavilə müddətini artırıb

1-02-2025, 10:59

"Zirə" iki futbolçusu ilə müqavilə müddətini artırıb.

Klubdan "Report"a verilən məlumata görə, "qartallar" Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıb.

Yeni müqaviləyə əsasən hər iki futbolçu 2027-ci ilin yayında qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.

Geri qayıt