Qelebə.az / Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edilib

Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edilib

30-01-2025, 17:18

Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edilib.

"Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Oyunda futbol veteranları və idman jurnalistləri üz-üzə gəliblər.

Görüşdən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra mərhum hakimin və Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Matç futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Foto: Məhəmməd Ağayev

Geri qayıt