Qelebə.az / "Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

20-11-2022, 11:39

Azərbaycan çempionatında debüt edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir.

"QELEBE.AZ" xəbər verir ki, Macarıstandakı təlim-məşq toplanışını başa vuran komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir.

Kollektiv yoldaşlıq görüşündə MOİK-lə qarşılaşıb. Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Razılığa əsasən komandalar daha bir setdə qüvvəsini sınayıb. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb.

Geri qayıt