Qelebə.az / UEFA İsrail millisinin ev oyunlarını doğma meydanda keçirmək istəyini qəbul etməyib

UEFA İsrail millisinin ev oyunlarını doğma meydanda keçirmək istəyini qəbul etməyib

29-01-2025, 18:35

UEFA İsrail millisinin ev oyunlarını doğma meydanda keçirmək istəyini qəbul etməyib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İsrail Futbol Assosiasiyası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini evdə qəbul etmək üçün UEFA ilə danışıqlar aparıb.

Bununla belə, danışıqlar müsbət nəticələnmədiyi üçün qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2023-cü ildən bu yana İsrail millisinin ev oyunları Qəzza zolağındakı vəziyyətlə əlaqədar neytral stadionlarda keçirilir.

Geri qayıt