Qelebə.az / "Roma" Niderland klubundan futbolçu transfer edib

"Roma" Niderland klubundan futbolçu transfer edib

24-01-2025, 13:18

İtaliyanın "Roma" klubu "Ayaks"dan Devayn Rençi transfer edib.

"Report" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisində bir oyun keçirmiş 22 yaşlı müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, D.Renç cari mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 26 oyun keçirib, bir qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt