Qelebə.az / Rapid və blits üzrə dünya çempionatı Qətərdə keçiriləcək

Rapid və blits üzrə dünya çempionatı Qətərdə keçiriləcək

23-01-2025, 21:30

2025-ci ildə rapid və blits üzrə dünya çempionatı Qətərin paytaxtı Dohada keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

Rapid üzrə mübarizə dekabrın 26-28-də baş tutacaq. Blits yarışı isə dekabrın 30-31-nə təsadüf edəcək.

Qeyd edək ki, ötən il mundial ABŞ-nin Nyu York şəhərində keçirilib.

Geri qayıt