Qelebə.az / Azərbaycan atleti Almaniyada beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan atleti Almaniyada beynəlxalq yarışda iştirak edəcək

23-01-2025, 12:58

Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada keçiriləcək XXVI beynəlxalq qış yarışında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Y.Sarıyeva yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda üçtəkanla tullanma növündə mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir "challenger" səviyyəlidir.

Geri qayıt