Qelebə.az / Azərbaycan atleti Almaniyada keçiriləcək beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan atleti Almaniyada keçiriləcək beynəlxalq yarışda iştirak edəcək

23-01-2025, 12:58

Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada keçiriləcək XXVI beynəlxalq qış yarışında iştirak edəcək.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda idmançı Azərbaycanı üçtəkanla tullanma növü üzrə təmsil edəcək.

Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir "challenger" səviyyəlidir.

Geri qayıt