Qelebə.az / Azərbaycanın voleybol hakimi beynəlxalq oyuna təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq oyuna təyinat alıb

22-01-2025, 16:45

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, qadınlar arasında CEV kubokunun pley-off mərhələsində Türkiyənin “Türk Hava Yolları” və Belçikanın “Asteriks” klublarının görüşündə ikinci hakim olacaq.

Qeyd edək ki, qarşılaşma yanvarın 23-də baş tutacaq.

Geri qayıt