Qelebə.az / Rumıniya klubunu "Qarabağ"la Bakıdakı oyunda 100-ə yaxın azarkeş dəstəkləyəcək

Rumıniya klubunu "Qarabağ"la Bakıdakı oyunda 100-ə yaxın azarkeş dəstəkləyəcək

21-01-2025, 11:29

Rumıniyanın FCSB klubunu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununda 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, qonaqların bu axşam Bakıya çatacağını bildirib. Rəqib komanda yanvarın 24-də, günorta saatlarında geri dönəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Geri qayıt