Qelebə.az / ABŞ-nin məşhur tennisçisinin avtomobili, kubokları oğurlanıb

ABŞ-nin məşhur tennisçisinin avtomobili, kubokları oğurlanıb

20-01-2025, 17:41

ABŞ-nin sabiq tennisçisi Pem Şrayverin kubokları olan avtomobili oğurlanıb.

"QELEBE.AZ"un məlumatına görə, 62 yaşlı keçmiş idmançı bu barədə sosial şəbəkə hesabında bildirib.

O, hadisənin Los-Ancelesdəki yanğın zamanı baş verdiyini yazıb:

"Oğlumla polis idarəsindəyik. Yanğın başlayanda qaldığımız otelin dayancağından maşınımız oğurlanıb. Evə sağ-salamat qayıdana qədər mənim əsas kuboklarım məhz bu avtomobildə idi".

Qeyd edək ki, Pem Şrayver 1997-ci ildə karyerasını bitirib. 21 Böyük Dəbilqə çempionluğu əldə edən tennisçi 1988-ci ildə keçirilən olimpiadada qadın cütlüklərin yarışında qızıl medal qazanıb.

Geri qayıt