Qelebə.az / FIDE nüfuzlu şahmat yarışının hansı ölkədə keçiriləcəyini açıqlayıb

FIDE nüfuzlu şahmat yarışının hansı ölkədə keçiriləcəyini açıqlayıb

20-01-2025, 14:05

Kişi və qadınlar arasında nüfuzlu "Grand Swiss" turnirinin keçiriləcəyi ölkə müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

Yarış sentyabrın 3-15-i aralığında Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq.

Qadınlar və kişilərin mübarizəsində ilk 2 yeri tutanlar 2026-cı ildə baş tutacaq İddiaçılar Turnirinə birbaşa vəsiqə qazanacaqlar.

Geri qayıt