Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun proqramı bəlli olub

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun proqramı bəlli olub

16-01-2025, 09:49

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, VI turun oyunları yanvarın 17-si və 18-də keçiriləcək.

İlk gündə, saat 16:00-da MOİK - “Murov Az Terminal”, 18:00-da "Azərreyl" - "Neftçi" maçları baş tutacaq. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.

Yanvarın 18-də, saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında gerçəkləşəcək.

Geri qayıt