Qelebə.az / İspaniya klubunun futbolçusu dələduzluqda şübhəli bilinərək saxlanılıb

İspaniya klubunun futbolçusu dələduzluqda şübhəli bilinərək saxlanılıb

14-01-2025, 18:17

İspaniya təmsilçisi "Sevilya"nın müdafiəçisi Kike Salas dələduzluqda şübhəli bilinərək saxlanılıb.

"Report" "El Confidencial"a istinadən xəbər verir ki, o yaxınlarının pul qazanması üçün La Liqa matçlarında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.

İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış polislər tərəfindən aparılır. 22 yaşlı müdafiəçi ötən mövsüm ümumilikdə 10 dəfə sarı vərəqə ilə cəzalandırılıb. O, son 9 oyunda 7 dəfə rəsmi xəbərdarlıq alıb.

K. Salas bu əməlinə görə altı aydan üç ilədək həbs cəzası ala bilər.

Geri qayıt