Qelebə.az / Braziliyalı futbolçu Rusiya klubundan ayrılıb

Braziliyalı futbolçu Rusiya klubundan ayrılıb

14-01-2025, 15:52

Rusiyanın "Spartak" klubu Villian Joze ilə yolları ayırdığını açıqlayıb.

“QELEBE.AZ” paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Braziliyalı hücumçu 2024-cü ilin yayında İspaniyanın "Betis" klubundan 2 milyon avroya Moskva təmsilçisinə transfer olunmuşdu.

Qeyd edək ki, V.Joze “Spartak”ın heyətində meydana çıxdığı 13 oyunda bir qol vurub. Onun Braziliyanın "Baiya" klubuna keçəcəyi gözlənilir.

Geri qayıt