Qelebə.az / "Şamaxı" və "Zirə" yoxlama matçı keçirib

"Şamaxı" və "Zirə" yoxlama matçı keçirib

9-01-2025, 17:58

Misli Premyer Liqası təmsilçiləri “Şamaxı” və “Zirə” yoxlama matçı keçirib.

“QELEBE.AZ” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

“Şamaxı”nın heyətində 3-cü dəqiqədə Rəfael Məhərrəmli fərqlənib. "Zirə"nin qollarını isə Elçin Əlicanov (54), Eldar Quliyev (64) və Ceyhun Nuriyev (89) rəqib qapısından keçirib.

Geri qayıt