Qelebə.az / Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun keçiriləcəyi stadion açıqlanıb

Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun keçiriləcəyi stadion açıqlanıb

9-01-2025, 18:02

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun keçiriləcəyi stadion açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma 1 iyun tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Geri qayıt