Qelebə.az / Braziliya klubunun "Qarabağ"ın futbolçusuna təklif etdiyi maaş bəlli olub

Braziliya klubunun "Qarabağ"ın futbolçusuna təklif etdiyi maaş bəlli olub

9-01-2025, 13:19

"Qarabağ"ın futbolçusu Olavio Juninyonu transfer etmək istəyən Braziliyanın "Flamenqo" klubunun hücumçuya təklif etdiyi maaş bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "Flamengomelhor" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu ilə aylıq 700000 Braziliya realı (təxminən 206000 manat) qarşılığında şifahi razılıq əldə olunduğu bildirilib.

"Flamenqo" Azərbaycan çempionuna isə 4 milyon avro təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Geri qayıt