Qelebə.az / "Liverpul"la oyunda huşunu itirən futbolçu xəstəxanadan məlumat paylaşıb

"Liverpul"la oyunda huşunu itirən futbolçu xəstəxanadan məlumat paylaşıb

9-01-2025, 10:32

İngiltərə Liqa Kubokunun yarımfinalında “Liverpul”a qarşı oyun zamanı huşunu itirən "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sosial şəbəkələrdə səhhəti barədə məlumat paylaşıb.

“Report” xəbər verir ki, o xəstəxanadan foto paylaşaraq səhhətinin yaxşı oluğunu bildirib.

Futbolçu dəstək mesajlarına görə təşəkkürünü bildirib və komandasını qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, yanvarın 8-də keçirilən görüşdə huşunu itirən futbolçu xəstəxanaya yerləşdirilib. Qarşılaşma “Tottenhem”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Geri qayıt