Qelebə.az / "Qarabağ" bu gün yoxlama oyununda "Kəpəz"lə üz-üzə gələcək

"Qarabağ" bu gün yoxlama oyununda "Kəpəz"lə üz-üzə gələcək

9-01-2025, 09:00

Mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ" futbol komandası bu gün qış fasiləsində ilk yoxlama oyununu keçirəcək.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Kəpəz"lə üz-üzə gələcək.

"Azərsun Arena"da baş tutacaq görüş saat 14:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 12-də ikinci yoxlama matçında "Zirə" ilə qarşılaşacaq.

Geri qayıt