Qelebə.az / "Bavariya" Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır

"Bavariya" Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır

8-01-2025, 22:53

Almaniyanın "Bavariya" klubu hücumçusu Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır.

"QELEBE.AZ" "SkySport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi 35 yaşlı futbolçunun maaşının azaldılması şərti ilə sözləşməsini 1 il daha artırmağa razılaşıb.

Onun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Tomas Müller bu mövsüm "Bavariya"nın heyətində 22 oyunda meydana çıxıb və 4 qol vurub.

Geri qayıt