Qelebə.az / Azərbaycanlı futbolçunun çıxış etdiyi komanda Türkiyə Kubokunda məğlub olub

Azərbaycanlı futbolçunun çıxış etdiyi komanda Türkiyə Kubokunda məğlub olub

8-01-2025, 18:25

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" komandası Türkiyə Kubokunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, "qırmızı-ağlar" C qrupundakı ilk matçında səfərdə Superliqa təmsilçisi "Eyüpspor"la üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Vüsal İsgəndərli görüşə ilk "11-lik"də başlayıb və sonadək meydanda olub.

Geri qayıt