Qelebə.az / Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq

Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq

8-01-2025, 17:36

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək.

Qeyd edək ki, Qasım Həşimov bu gün vəfat edib.

Geri qayıt