Qelebə.az / "Sabah" yeni basketbolçu transfer edib

"Sabah" yeni basketbolçu transfer edib

7-01-2025, 17:26

"Sabah" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Bu barədə "QELEBE.AZ"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan Trey Sampsonla 2025/2026 mövsümün sonuna kimi müqavilə imzalanıb.

Karyerasına ABŞ-də NCAA Liqasında başlayan 24 yaşlı oyunçu Bolqarıstan və İsveçrədə legioner həyatı yaşayıb.

Son klubu İsveçrə təmsilçisi “Lugano Tigers” olan T.Sampson hücumçu mövqeyində çıxış edir.

Geri qayıt