Qelebə.az / Azərbaycan futzal millisinin baş məşqçisi Rusiyaya səfərinin detallarını açıqlayıb

Azərbaycan futzal millisinin baş məşqçisi Rusiyaya səfərinin detallarını açıqlayıb

7-01-2025, 15:13

Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov Rusiyaya səfəri haqqında danışıb.

O, “QELEBE.AZ”a açıqlamasında səfər müddətində görüşdüyü şəxslər haqqında da məlumat verib.

Mütəxəssis Rusiyaya istirahət üçün yollandığını deyib:

“Rusiyaya ailəmlə birlikdə istirahət üçün səfər etmişəm. Buraya gəlmişkən köhnə dostlarla, vaxtilə birlikdə çıxış etdiyim futzalçılarla görüşməyi də düşündüm. Onlardan biri - Beso Zoidze həm Rusiya yığmasının, həm də KPRF klubunun baş məşqçisidir. Digəri KPRF-də ikinci məşqçi kimi çalışan Mixail Markindir. Markinlə 2008/2009 mövsümündə “Dina” klubunda birlikdə oynamışıq. Hələ ki, yeniliklər bunlardır. Bakıya təxminən yanvarın 14-17-si aralığında qayıdacağam”.

Geri qayıt