Qelebə.az / Almaniya klubu "Milan"ın hücumçusunu transfer etmək niyyətindədir

Almaniya klubu "Milan"ın hücumçusunu transfer etmək niyyətindədir

7-01-2025, 13:50

Almaniyanın "Leyptsiq" klubu "Milan"ın hücumçusu Noa Okaforu transfer etmək niyyətindədir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq danışıqlara başlayıb və müəyyən detallarla bağlı qarşılıqlı razılıq əldə olunub.

Qeyd edək ki, 24 yaşlı isveçrəli futbolçu bu mövsüm meydana çıxdığı 16 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı oyunçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Geri qayıt