Qelebə.az / Serjiu Konseysau "Milan"ın tarixinə düşüb

Serjiu Konseysau "Milan"ın tarixinə düşüb

7-01-2025, 09:16

"Milan"ın yeni baş məşqçisi Serjiu Konseysau İtaliya Superkubokunun final matçında "İnter" üzərində qələbədən sonra klubun tarixinə düşüb.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Milan"ın "sükanı arxasında" ən tez kubok qazanan mütəxəssis olub.

Görüş S.Konseysaunun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyalıya İtaliya Superkubokunu qazanmaq üçün cəmi iki oyun kifayət edib.

Buna qədər "Milan" yarımfinalda "Yuventus" üzərində 2:1 hesablı qələbə qazanmışdı.

Geri qayıt