Qelebə.az / Fatih Terim Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi kimi ilk oyununda qalib gəlib

Fatih Terim Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi kimi ilk oyununda qalib gəlib

6-01-2025, 21:46

Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"ın baş məşqçisi kimi ilk oyununda qələbə qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, onun komandası Kral Kubokunun 1/4 finalında "Əl-Feyha"ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

"Əl-Şabab" Terimin rəhbərliyi altında növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda "Əl-Əhli"yə qarşı keçirəcək.

Qeyd edək ki, Fatih Terim son olaraq Yunanıstanda "Panatinaikos" klubunun baş məşqçisi olub. 71 yaşlı mütəxəssis Türkiyə millisində və "Qalatasaray"da bir sıra tarixi nailiyyətlər əldə edib.

Geri qayıt