Qelebə.az / Almaniya yığması futbol üzrə yoldaşlıq görüşündə Omanı məğlub edib

Almaniya yığması futbol üzrə yoldaşlıq görüşündə Omanı məğlub edib

17-11-2022, 05:50

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Almaniya yığması Omanla yoldaşlıq görüşü keçirib.

"Report" xəbər verir ki, görüş Almaniyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

80-ci dəqiqədə Niklas Fyullkrug Kay Havertsin ötürməsini qola çevirib.

Almaniya yığması dünya çempionatı çərçivəsində növbəti oyununu noyabrın 23-də Yaponiya millisi ilə keçirəcək.

Geri qayıt