Qelebə.az / AFFA-nın təşkil etdiyi fitnes məşqçilik kursunun sonuncu mərhələsi başlayıb

AFFA-nın təşkil etdiyi fitnes məşqçilik kursunun sonuncu mərhələsi başlayıb

6-01-2025, 13:13

AFFA-nın təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun sonuncu – 5-ci mərhələsi başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yanvarın 8-dək keçiriləcək məşğələlərə AFFA Təhsil Proqramının rəhbəri Aslan Kərimov və UEFA təlimatçısı İvi Kasaqrande rəhbərlik edirlər.

Geri qayıt