Qelebə.az / Kişi və qadınlar arasında Yüksək Liqada növbəti turun proqramı açıqlanıb

Kişi və qadınlar arasında Yüksək Liqada növbəti turun proqramı açıqlanıb

4-01-2025, 20:44

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçiriləcək.

"Report" xəbər verir ki, yeni ilin ilk qarşılaşmaları kişi komandaları arasında baş tutacaq.

Yanvarın 7-də və 8-də IV turun oyunları keçiriləcək. Hər üç qarşılaşma Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində təşkil olunacaq.

Yanvarın 9-da isə qadınların yarışında V turun oyunları keçiriləcək. Qarşılaşmalar GİN-in Voleybol Mərkəzində və UNEC klubunun idman zalında baş tutacaq.

Yüksək Liqa (kişilər)
IV tur
7 yanvar
16:00. MOİK - “Azərreyl”
18:00. “Murov Az Terminal” - “Xilasedici”
GİN-in Voleybol Mərkəzi

8 yanvar
16:00. “Neftçi” - “Gənclər”
GİN-in Voleybol Mərkəzi

Yüksək Liqa (qadınlar)
V tur
9 yanvar
16:00. “Murov Az Terminal” - “Abşeron”
18:00. “Azərreyl” - “Gəncə”
GİN-in Voleybol Mərkəzi
17:00. UNEC - “Milli Aviasiya Akademiyası”
UNEC klubunun idman zalı

Geri qayıt