Qelebə.az / "Mançester Yunayted" braziliyalı hücumçu ilə güclənə bilər

"Mançester Yunayted" braziliyalı hücumçu ilə güclənə bilər

4-01-2025, 13:24

İngiltərə təmsilçisi "Mançester Yunayted" "Vulverhempton"un hücumçusu Matheus Kunya ilə güclənə bilər.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Lakin qarşı tərəf oyunçusunu buraxmaq niyyətində deyil və ona 2030-cu ilin yayına qədər yeni müqavilə təklif etməyə hazırlaşır.

M.Kunyanın "Vulverhempton"la olan hazırkı sözləşməsi 2027-ci ildə başa çatacaq. Braziliyalı futbolçu cari mövsüm 20 qarşılaşmada 10 qol vurub.


Geri qayıt