Qelebə.az / Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

16-11-2022, 22:05

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv ilk hissədən sonra rəqibinə 2:0 hesabı ilə qalib gəlir.

21:50

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

Qolları 28-ci dəqiqədə Emin Mahmudov və 42-ci dəqiqədə Aleksey İsayev vurub.

21:46

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib.

Bu, 27 yaşlı yarımmüdafiəçinin yığmada ilk qolu olub.

21:32

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb.

21:00

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.

"Report"un məlumatına görə, "Zimbru" stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu yığma noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.

Geri qayıt