Qelebə.az / Lebron Ceyms 40 yaşında NBA-nın tarixinə düşüb

Lebron Ceyms 40 yaşında NBA-nın tarixinə düşüb

1-01-2025, 12:27

"Los Anceles Leykers"in üzvü Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb.

"QELEBE.AZ"un məlumatına görə, təcrübəli oyunçu buna “Klivlend”ə qarşı keçirdikləri müntəzəm mövsümün qarşılaşmasında (110:122) iştirak etməklə nail olub.

O, 18 və 40 yaşında NBA matçında meydana çıxan ilk basketbolçudur.

Qeyd edək ki, Lebron Ceyms 2003-cü ildə bu turnirdə debüt edib. Dekabrın 30-da idmançının 40 yaşı tamam olub.

Geri qayıt