Qelebə.az / "Barselona"nın yarımmüdafiəçisi İspaniyanın digər klubuna keçə bilər

"Barselona"nın yarımmüdafiəçisi İspaniyanın digər klubuna keçə bilər

31-12-2024, 14:14

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Pablo Torre La Liqanın digər təmsilçisi "Xetafe"yə keçə bilər.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu yanvarda yarımmüdafiəçini icarəyə vermək niyyətindədir.

Qeyd edək ki, 21 yaşlı ispaniyalı futbolçu bu mövsüm meydana çıxdığı 9 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Geri qayıt