Qelebə.az / Rusiyalı hokkeyçi Amerika klubunun tarixində rekorda imza atıb

Rusiyalı hokkeyçi Amerika klubunun tarixində rekorda imza atıb

31-12-2024, 11:04

Amerika Milli Hokkey Liqası NHL təmsilçisi "Nyu-York Reyncers"in rusiyalı üzvü Artyomi Panarin klubun tarixində rekorda imza atıb.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, o, 500 xal həddinə ən tez çatan oyunçu olub.

Bu, "Florida Panters"ə qarşı (3:5) matçda reallaşıb. Qarşılaşmada məhsuldar ötürmə ilə fərqlənən Panarin 500 xal həddinə digər oyunçulardan daha tez - 384 matç ərzində çatıb.

Rusiyalı hücumçu, həmçinin klub tarixində bu göstəriciyə çatan 14-cü oyunçu olub.

Qeyd edək ki, hikkeyçi NHL-in cari mövsümündə 34 matçda 16 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt