Qelebə.az / Fransa Liqa 1-də 2024-cü ilin rəmzi komandası açıqlanıb

Fransa Liqa 1-də 2024-cü ilin rəmzi komandası açıqlanıb

29-12-2024, 16:48

Məşhur "L'Equipe" portalı Fransa Liqa 1-də 2024-cü ilin rəmzi komandasını açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, "11-liy"ə PSJ-nin 6 oyunçusu, həmçinin yayda Paris klubundan azad agent kimi "Real"a transfer olunan Kilian Mbappe də daxil edilib.

Heyətdə 4-4-2 taktikasına üstünlük verilib.

Qapıçı: Luka Şevalye ("Lill")

Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos, Nunu Mendeş (hamısı PSJ), Vilfred Sinqo ("Monako")

Yarımmüdafiəçilər: Vitinya, Usman Dembele, Bredli Barkola (hamısı PSJ), Pyer Lis-Melu ("Brest")

Hücumçular: Conatan Devid ("Lill"), Kilian Mbappe (PSJ/"Real")

Geri qayıt