Qelebə.az / Türkiyə və Rusiya yoldaşlıq görüşündə üz-üzə gələ bilər

Türkiyə və Rusiya yoldaşlıq görüşündə üz-üzə gələ bilər

28-12-2024, 18:14

Futbol üzrə Rusiya və Türkiyə milli komandaları yoldaşlıq görüşündə üz-üzə gələ bilərlər.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev “Rossiya 24” telekanalına açıqlamasında deyib.

O, qarşılaşmanın 2025-ci ildə baş tuta biləcəyini söyləyib.

Qeyd edək ki, hər iki yığma son olaraq 2020-ci ildə UEFA Millətlər Liqasının görüşlərində üz-üzə gəliblər.

Geri qayıt