Qelebə.az / Kriştianu Ronaldu gələcəkdə böyük klubun sahibi olmaq istəyir

Kriştianu Ronaldu gələcəkdə böyük klubun sahibi olmaq istəyir

28-12-2024, 09:40

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Kriştianu Ronaldu gələcəkdə böyük klubun sahibi olmaq niyyətindədir.

"QELEBE.AZ"un məlumatına görə, 39 yaşlı hücumçu bu barədə "Globe Soccer Awards"ın mükafatlandırma mərasimində açıqlama verib.

O, məşqçi kimi çalışmaq istəmədiyini söyləyib:

"Heç vaxt məşqçi olmayacağam. Klub prezidenti? Yox. Hələ çox gəncəm, planlarım, arzularım çoxdur. Amma mən böyük klubun sahibi olacağam".

Qeyd edək ki, "Globe Soccer Awards" Ronaldunu Yaxın Şərqin ən yaxşı futbolçusu seçib.

Geri qayıt