Qelebə.az / AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb - EKSKLÜZİV

AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb - EKSKLÜZİV

26-12-2024, 17:28

AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb.

Bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Qurum rəsmisi yeni mövsümdə Region Liqasında 56 komandanın iştirakının nəzərdə tutulduğunu bildirib:

“Yarışı daha baxımlı və maraqlı etmək üçün bu dəfə formatda müəyyən dəyişikliklərin edilməsi qərara alındı. AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılır. Ümumilikdə 56 komandanın 4 - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Mərkəz, Cənub zonaları üzrə mübarizə aparması nəzərdə tutulur”.

Qeyd edək ki, ötən mövsüm Region Liqasının qalibi “Şimal” klubu olub.

Geri qayıt