Qelebə.az / “Sabah” qış təlim-məşq toplanışında 1 oyunda qüvvəsini sınayacaq

“Sabah” qış təlim-məşq toplanışında 1 oyunda qüvvəsini sınayacaq

24-12-2024, 19:39

“Sabah” qış təlim-məşq toplanışında 1 oyunda qüvvəsini sınayacaq.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "bayquşlar" mövsümün ikinci yarısına hazırlıqlara yanvarın 4-də başlayacaq.

Paytaxt təmsilçisi Şüvəlanda yerləşən bazasında - “Sabah” Futbol Mərkəzində təlim-məşq toplanışı keçəcək. Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində “Şamaxı” ilə qarşılaşacaq. Görüş yanvarın 12-də, “Bank Respublika Arena”da keçiriləcək.

Geri qayıt