Qelebə.az / Fransalı futbol hakimi 42 yaşında vəfat edib

Fransalı futbol hakimi 42 yaşında vəfat edib

16-11-2022, 13:44

Fransalı futbol hakimi Yohan Hamel dünyasını dəyişib.

"QELEBE.AZ" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, referi 42 yaşında insultdan vəfat edib.

Qeyd edək ki, Yohan Hamel Liqa 1-in oyunlarına təyinat alıb. Ədalət təmsilçisi son olaraq noyabrın 6-da "Lill" və "Renn" (1:1) komandaları arasında baş tutmuş qarşılaşmanı idarə edib.

Geri qayıt